GYMD

GEORGIAN SOCIETY OF YOUTH SUPPORT AND EDUCATION

საქართველოს ახალგაზრდობის დახმარების და საგანმანათლებლო საზოგადოება

Haqqımızda

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı 2006-cı ilin sentyabr ayında rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Təşkilat təhsil, nəşriyyat, humanitar yardım və bir çox sahədə fəaliyyət göstərməkdədir. Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının nəşriyyat şöbəsinin çap işlərini qısaca olaraq aşağıdakı kimi sıralaya bilərik: “UĞUR” jurnalı Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının yarandığı və fəaliyyətə başladığı 2006-cı ildə həyata keçirdiyi ilk layihələrdən biri də “UĞUR” jurnalının nəşrinə başalmaq olmuşdur. İlk zamanlarda hər üç ayda bir nəşr olunan UĞUR jurnalının daha sonralar iki ayda bir dəfə olaraq nəşrinə davam edilmişdir. GÜLÜSTAN jurnalı Gülüstan jurnalının ilk sayı 2014-cü ilin noyabr-dekabr aylarında nəşr olunmuş sonra isə müəyyən səbəblərdən nəşri dayandırılmışdır. Ancaq 2022-ci ilin may-iyun aylarına aid ikinci nəşri ilə nərinə başlanılmışdır. YENİ YOL qəzeti Təşkilat 2015-ci ilin 17- iyun tarixindən etibarən YENİ YOL adlı ictimai qəzetin nəşrinə başlamışdır. Qəzetdə köşə yazıları, məqalələr, xəbərlər, tərcümələr və s. yazılar yer almaqdadır. KİTABLARIMIZ Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı 2008-ci ildən bu yana 46 kitab nəşr etmişdir.